Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən APA-ya verilən xəbərə görə, dekabrın 7-də birgə əməliyyat-axtarış tədbiri nəticəsində Şəki penitensiar müəssisəsində saxlanılan məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi bir ədəd tüfəng Şəki rayonu, Öyrət kəndi ərazisində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.