Şəkidə yol-nəqliyyat hadisəsi olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qudula kəndində baş verib.
Rayonun Çələbixan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Zaur Məmmədov “Mercedes” markalı minik avtomobilinə idarəetməni itirb.
Nəticədə maşın yolun kənarına aşıb.
Qəza zamanı müxtəlif dərəcəli xəsarətlər alan sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.