Bank Of Baku

Şərurda obyektdə yanğın olub

Şərurda obyektdə yanğın olub
# 21 oktyabr 2023 10:19 (UTC +04:00)

Şərur rayonunda restoran yanıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, yanğın fəaliyyət göstərməyən restoranda qeydə alınıb.

Dərhal əraziyə Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

FHN mətbuat xidmətinin məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində ümumi sahəsi 450 m² olan ikimərtəbəli obyektin (hazırda təmirdə olan) yanar konstruksiyaları və içərisindəki əşyalar 50 m² sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR