Bank Of Baku

Şərurda qətlə yetirilən şəxs kriminal avtoritetin qardaşıdır - TƏFƏRRÜAT

Şərurda qətlə yetirilən şəxs kriminal avtoritetin qardaşıdır - TƏFƏRRÜAT
# 20 oktyabr 2023 10:27 (UTC +04:00)

Ötən gün Şərurda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, rayonun Yengicə kəndində qeydə alınan hadisəni törədən 1994-cü il təvəllüdlü Elvin Zaxarov qətlə yetirilən 1973-cü il təvəllüdlü Fariz Ağayevin yanında işləyib.

İlkin mübahisə pul üstündə düşüb. Mübahisə zamanı tərəflər bir-birlərinə söyüş söyüb. Daha sonra Elvin Zaxarov bıçaqla kənd meydanına gələrək Fariz Ağayevi qətlə yetirib.

Qətlə yetirilən Fariz Ağayev kriminal aləmdə "Dana Vüqar" kimi tanınan, məhkum olunmuş Vüqar Ağayevin qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR