Bank Of Baku

Şirvanda odlu silahlar polisə təhvil verilib - FOTO

Şirvanda odlu silahlar polisə təhvil verilib  - FOTO
# 07 dekabr 2023 08:36 (UTC +04:00)

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, aparılan tədbirlər nəticəsində ötən gün şəhər sakinləri tərəfindən bir ədəd avtomat, bir ədəd daraq və 21 ədəd patron, eləcə də 6 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR