Bank Of Baku

Siyəzəndə meyiti aşkarlanan şəxsin itkin düşdüyü məlum olub - YENİLƏNİB-1

Siyəzəndə meyiti aşkarlanan şəxsin itkin düşdüyü məlum olub - YENİLƏNİB-1
# 19 oktyabr 2023 19:58 (UTC +04:00)

Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində meyiti aşkarlanan 23 yaşlı Rafael Ramazanovun itkin düşdüyü məlum olub.

APA-nın məlumatına görə, o, mayın 12-də səhər saatlarında yaşadığı Quba rayonunun Söhüb kəndindəki evindən çıxıb və bir daha geri qayıtmayıb. Onun cəsədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran Rayon Şöbəsində müayinə edilib. Mərhumun hansı səbəbdən ölməsi araşdırılır.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

***

17:06

Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində meyiti tapılan şəxsin kimliyi dəqiqləşdirilib.

APA-nın şimal bürosunun məlumatına görə, meyiti tapılan şəxsin Quba rayon sakini, 2000-ci il təvəllüdlü Ramazanov Rafael Novruz oğlu olduğu məlum olub.

Onun 2-3 ay öncə öldüyü ehtimal edilir. Hazırda Rafael Ramazanovun ölüm səbəbi araşdırılır.

***

11.36

Siyəzən rayonu ərazisində naməlum kişi meyiti tapılıb.

APA-nın şimal bürosu xəbər verir ki, meyit Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində aşkarlanıb. Hazırda meyitin kimliyinin müəyyənləşdirilməsi və hansı şəraitdə ölməsi ilə bağlı araşdırma aparılır.

Cəfər Talıb

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR