Bu ilin doqquz ayı ərzində Naxçıvan Muxtar Respublikasında 56 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 24 nəfər həyatını itirib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis kapitanı Ayaz İsmayılov APA-nın yerli bürosuna bildirib.
Onun sözlərinə görə, Muxtar Respublikada 9 ayda baş verən yol qəzaları nəticəsində 61 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.