Bank Of Baku

Sumqayıtdakı basqında zərər çəkən Türkiyə vətəndaşı Bakıda xəstəxanaya yerləşdirilib

Sumqayıtdakı basqında zərər çəkən Türkiyə vətəndaşı Bakıda xəstəxanaya yerləşdirilib
# 28 oktyabr 2023 20:41 (UTC +04:00)

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən ağır vəziyyətdə olan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakaş Bakıdakı özəl tibb müəssisələrindən birinə köçürülüb.

Tibb mərkəzindən APA-ya bildirilib ki, 1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri orta ağırdır.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

Qeyd edək bu gün səhər saatlarında Corat qəsəbəsində evə silahlı basqın bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR