Paşha Bank
Bank Of Baku

Suraxanıda 32 kq narkotik aşkarlanıb - VİDEO

Suraxanıda 32 kq narkotik aşkarlanıb - VİDEO
# 24 sentyabr 2026 10:51 (UTC +04:00)

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Buqlov saxlanılıb. Ondan 32 kiloqram narkotik vasitə aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR