Bank Of Baku

Tovuzda 26 yaşlı oğlan özünü güllələyib - YENİLƏNİB

Tovuzda 26 yaşlı oğlan özünü güllələyib - YENİLƏNİB
# 21 oktyabr 2023 12:18 (UTC +04:00)

Tovuz rayonu Böyük Qışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmovun oktyabrın 20-də həmkəndliləri ilə ovda olarkən əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılması nəticəsində xəsarət alaraq ölməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

***

12.05

Tovuz sakini güllələnib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Muncuqlu kəndində qeydə alınıb. Kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmov aldığı güllə yarasından ölüb.

İlkin məlumatına görə, hadisə silahla ehtiyatsız davranma nəticəsində baş verib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Turan Rüstəmovun əmisi APA-ya bildirib ki, qardaşı oğlu dostları ilə meşəyə ova gedib. O, ovda silahla ehtiyatsız davaranıb, açdığı atəş özünə, ürək nahiyəsinə dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR