Tovuzda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
1959-cu il təvəllüdlü Almaz Rüstəmova, 1977-ci il təvəllüdlü Şirzad Əmrahov, 1981-ci il təvəllüdlü Günel Əmrahova və 1982-ci il təvəllüdlü İsgəndər Gülməmmədov kanalın üstündəki bəndən keçən zaman su kanalına düşüblər. Onlar xəstəxanaya yerləşdiriliblər.