Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Fərhad Yusibovu bıçaqlamaqda şübhəli bilinən Əvəz Babayev saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
20.05
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.
1984-cü il təvəllüdlü Fərhad Yusibov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə F.Yusibovu kürəkəni bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.