Tovuzda zəncirvari qəza olub,
Tovuzda yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun girişində - “ASAN xidmət” mərkəzinin qarşısında qeydə alınıb. Hərəkətdə olan "Hyundai", "KİA" və "Mitsubusi" markalı minik maşınları toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobilərə ziyan dəyib.