Ucarda ana və 10 yaşlı qızı dəm qazından zəhərlənib

Ucarda ana və 10 yaşlı qızı dəm qazından zəhərlənib
# 02 dekabr 2023 16:55 (UTC +04:00)

Ucarda ana və övladı dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında rayonun Qulabənd kəndində baş verib.

Kənd sakini 1993-cü il təvəllüdlü Səidə Fizuli qızı Əhmədova və övladı 2013-cü il təvəllüdlü Bahar Ayaz qızı Əhmədli ağır vəziyyətdə təcili tibbi yardım avtomobili ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər.

İlkin müayinə zamanı hər iki şəxsin dəm qazından zəhərləndiyi məlum olub. Zərərçəkənlərə zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR