Bank Of Baku

Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmişlərin və hüquqi varislərin dindirilməsi başa çatıb - YENİLƏNİB-2 - VİDEO

Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmişlərin və hüquqi varislərin dindirilməsi başa çatıb - YENİLƏNİB-2  - VİDEO
# 01 noyabr 2023 12:38 (UTC +04:00)

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verib.

Prosesdə məhkəməyə teleqramla müraciət edərək iclasa üzrlü səbəbdən qatıla bilmədiklərini bildirən zərərçəkmişlər Əli Mehralıyev və Sadaqət İsmayılovanın istintaqa ifadələri elan edilib.

Bununla da cinayət iş üzrə zərərçəkmişlərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin dindirilməsi başa çatıb.

İş üzrə dindirilməyən bir şahid qalıb. Onun hazırda Cəbrayılda xidmət edən ANAMA əməkdaşı olduğu bildirilib.

Proses noyabrın 6-da davam etdiriləcək.

***

10.58

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilir.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verir.

Hakim bildirib ki, məhkəməyə zərərşəkən kimi tanınan Meşəli sakinləri - Əli Mehralıyev və Sadaqət İsmayılovadan teleqram daxil olub. Onlar səhhətləri ilə bağlı məhkəmədə iştirak edə bilmədiklərini, istintaqa verdikləri ifadəni təsdiq etdiklərini bildiriblər.

Prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Salman Rəhimov bildirib ki, Meşəli hadisələri vaxtı kənddə olub: "Bacım orda ərdə idi. Həmin gün bacımgildəydim. Səhər saatlarında ermənilər kəndə hücum etdilər. Yatdığımız yerdə bacım və mən xəsarət aldıq. Hücum edənlər Badara kəndində yaşayan ermənilər idi. Bütün kənd camaatı orda dedi ki, bu işin təşkilatçısı Vaqif olub. Dayım, nənəm həmin hücum zaman qətlə yetirilib. İki güllə yarası almış adam kimi xahiş edirəm, Vaqif Xaçatryanı ömürlük azadlıqdan məhrum edəsiniz".

***

10.36

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclası zərərçəkənlərin ifadələri ilə davam etdiriləcək.

***

09.13


Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə 1991-ci il dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR