Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yük avtomobili və motosiklet toqquşub, 1 nəfər ölüb.
Həyata keçirilən tədbirlər nəticəsində motosikleti idarə edən şəxsin meyiti yük avtomobilinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
09.42
Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində "Mercedes" markalı yük avtomobili motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.