Xankəndidə həftəsonu xeyli sayda silah-sursat aşkarlanıb

Xankəndidə həftəsonu xeyli sayda silah-sursat aşkarlanıb
# 15 aprel 2024 09:48 (UTC +04:00)

Xankəndidə iki gündə xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 13-də və 14-də Xankəndi şəhəri ərazisindən 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 2 tüfəng, 15 qumbara, 6 ədəd alışdırıcı, 68 patron darağı, 6316 ədəd müxtəlif çaplı patron, 5 ədəd süngü-bıçaq, 3 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR