Bank Of Baku

Xocavənddə maşın aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB - FOTO

Xocavənddə maşın aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB  - FOTO
# 24 dekabr 2023 09:30 (UTC +04:00)

Xəbər verildiyi kimi, dünən Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində Rahil Ağayevin idarə etdiyi betonvuran maşının aşması nəticəsində sürücü ağır xəsarət alıb, sərnişin Elçin Nəzərov ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəzaya düşən hər iki şəxs Biləsuvar rayonunun Nəsimikənd kəndinin sakinləridir.

Hadisə nəticəsində dünyasını dəyişən 1976-cı il təvəllüdlü Elçin Nəzərov sürücünün qaynıdır.

Elçin Nəzərov Rahil Ağayevlə betonvuran maşında çalışıb.

***

23 dekabr saat 11.33

Xocavənd rayonu ərazisində yol qəzası olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində qeydə alınıb. 1978-ci il təvəllüdlü Neftçala rayon sakini Rahil Ağayevin idarə etdiyi "DAF" markalı betonvuran yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sərnişin - 1976-cı il təvəllüdlü Biləsuvar rayon sakini Elçin Nəzərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanıb istintaq aparılır.

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR