Bank Of Baku

Zabratda şirkətdə 2 nəfərin ölümünə görə cinayət işi açılıb

Zabratda şirkətdə 2 nəfərin ölümünə görə cinayət işi açılıb
# 18 oktyabr 2023 10:19 (UTC +04:00)

Bir ay əvvəl Bakıda müəssisədə iki nəfərin iş zamanı ölüm faktına görə cinayət işi açılıb.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi nəticəsində almış olduqları xəsarətlərdən xəstəxanada ölmələri faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR