Bank Of Baku

Zaqatalada yük və minik maşınları toqquşub, xəsarət alan var

Zaqatalada yük və minik maşınları toqquşub, xəsarət alan var
# 03 aprel 2024 10:34 (UTC +04:00)

Zaqatalada yük maşını ilə minik avtomobili toqquşub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun Yeni Suvagil kənd ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan minik avtomobili eyni istiqamətdə hərəkət edən iritonnajlı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilində olan 1961-ci il təvəllüdlü Zaqatala şəhər sakini Qasım Rəcəb oğlu İsgəndərov xəsarət alaraq rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR