Baş verən mina hadisələrinin 36 faizi azad edilən ərazilərə qanunsuz səfərlərin nəticəsidir.
APA xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə keçirilən brifinqdə deyib.
O bildirib ki, mina hadisələrinin 24 faizi kənd təsərrüfatı işlərində, 21 faizi vəzifələrin icrası zamanı, 19 faizi isə infrastruktur işləri görülən zaman baş verib.