Bank Of Baku

ANAMA sədri: Ehtiyac olsa, minaaxtaran siçovulların sayı artırılacaq

ANAMA sədri: Ehtiyac olsa, minaaxtaran siçovulların sayı artırılacaq
# 06 dekabr 2023 12:07 (UTC +04:00)

"Ehtiyac olarsa, minaaxtaran siçovulların sayı artırılacaq".

Bunu APA-ya açıqlamasında Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, mina təmizləmə işləri üçün siçovullar bir müddət əvvəl ölkəmizə gətirilib və ilkin mərhələdə onlar akklimatizasiyadan keçib:

"Daha sonra akkreditasiyaya hazırlandılar və bu mərhələ də başa çatdı. Hazırda 8 siçovuldan minatəmizləmə işlərində istifadə olunur. Hələ ki planda onların sayının artırılması yoxdur. Amma gələcəkdə artırıla bilər. Bunlar Ağdamın Qərvənd sahəsində işləyirlər. Siçovulun burnunda olan iy reseptorlarının sayı itdən çoxdur. Əgər itdə 900-dürsə, siçovulda 1100 civarındadır. Kifayət qədər həssas heyvanlardır və bu, minatəmizləmə işlərimizdə böyük effekt verir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR