Minatəmizləmə fəaliyyətlndə dronlar və süni intellektin imkanlarından da istifadə edirik.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov bildirib.
“Biz bu istiqamətdə işləyəcəyik. Bizi və fəaliyyətimizi dəstəkləyən donorlara və tərəfdaşlara təşəkkür edirik. Tezliklə qadınlardan ibarət minatəmizləmə komandaları ilə bağlı layihəmizə start veriləcək” – deyə o qeyd edib.