Bank Of Baku

ANAMA: Vətəndaşlarımızın həlak olduğu və ya xəsarət aldığı 48 mina partlayışı keçmiş təmas xəttində baş verib

ANAMA: Vətəndaşlarımızın həlak olduğu və ya xəsarət aldığı 48 mina partlayışı keçmiş təmas xəttində baş verib
# 28 aprel 2023 16:54 (UTC +04:00)

Azərbaycan vətəndaşlarının həlak olduğu və ya xəsarət aldığı yalnız 48 mina partlayışı keçmiş təmas xəttində baş verib, qalanları isə ondan kənarda olub.

APA xəbər verir ki, bunu Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilat nümayəndələri üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən keçirilən brifinqdə ANAMA-nın İdarə Heyətinin sədrinin müavini Samir Poladov deyib.

“ANAMA bu il 25 yaşını qeyd edir. Ərazini minalardan təmizləyən peşəkar mütəxəssislərimiz var.

Onu da qeyd edək ki, bizim əsas nailiyyətimiz belə bir müddətdə ərazilərin bu miqyasda təmizlənməsidir. Ərazini təmizləmək üçün mina təmizlənməsi davam edən ərazilərdə hər gün 1700-dən çox mütəxəssis işləyir. Bu fəaliyyətə 57 xüsusi texnika cəlb olunub”, - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR