İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (29.01.2024 - 04.02.2024) açıqlanıb.
ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanda 78 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 150 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 336,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.