Azad edilmiş ərazilərdə daha 191 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 191 mina aşkarlanıb
# 11 mart 2024 15:54 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (04.03.2024 - 10.03.2024) açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 128 piyada əleyhinə mina, 63 tank əleyhinə mina, 316 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 997,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR