Bank Of Baku

Azərbaycan-Ermənistan sərhədində və Qarabağda ermənilərin təxribatları barədə Rusiya heyətinə məlumat verilib - FOTO

Azərbaycan-Ermənistan sərhədində və Qarabağda ermənilərin təxribatları barədə Rusiya heyətinə məlumat verilib - FOTO
# 26 aprel 2023 11:15 (UTC +04:00)

Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

MN-dən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Ermənistan sərhədində və Qarabağ iqtisadi rayonunda ermənilərin təxribatları barədə Rusiya nümayəndə heyətinə məlumat verilib.
Beynəlxalq humanitar hüququn tətbiqi və digər məsələlərə dair müzakirələr aparılıb.
Həmçinin hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR