Bank Of Baku

Azərbaycan hərbçiləri və hücum təyyarələri Türkiyədə “Anadolu Qartalı - 2023” təlimində iştirak edəcək

Azərbaycan hərbçiləri və hücum təyyarələri Türkiyədə “Anadolu Qartalı - 2023” təlimində iştirak edəcək
# 26 aprel 2023 16:11 (UTC +04:00)

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, mayın 2-də başlayacaq təlimə Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri cəlb olunacaq.
Azərbaycan, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə nümayəndələrinin iştirakı ilə keçiriləcək beynəlxalq təlim mayın 23-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR