Azərbaycan Ordusunun ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafada dəfn olunub.
APA-nın məlumatına görə, şəhid anadan olduğu Vurğun qəsəbəsində, qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimdə şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.
***
10.11
Azərbaycan Ordusunun ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçisi Orxan Novruzəlizadə ilə Ağstafa rayonunda vida mərasimi başlayıb.
APA-nın yerli bürosunun məlumatına görə, mərasim Vurğun qəsəbəsində, şəhidin evində keçirilir.
Mərasimdə şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimi başa çatdıqdan sonra şəhid Vurğun qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Orxan Novruzəlizadə 1998-ci il təvəllüdlü Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. İki ilə yaxın Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.