Bank Of Baku

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan birgə hərbi təlim keçirəcək

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan birgə hərbi təlim keçirəcək
# 04 aprel 2024 12:29 (UTC +04:00)

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda təlimə hazırlıq və icra olunacaq tapşırıqlarla bağlı bir sıra məsələlər müzakirə olunub.

Qeyd edilib ki, cari ilin iyul ayında Qazaxıstan Respublikasının "Oymaşa" təlim poliqonu, eləcə də Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak Burnunda keçiriləcək təlimdə "Silahlı münaqişələrin yerinin müəyyən edilməsi istiqamətində təlim-döyüş tapşırıqlarının icrası" üzrə fəaliyyətlər yerinə yetiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR