Bank Of Baku

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
# 18 aprel 2023 19:05 (UTC +04:00)

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qazaxıstana rəsmi səfəri davam edir.

MN-dən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası adına Milli Müdafiə Universitetini ziyarət edib.

Universitetlə tanışlıqdan sonra müdafiə naziri universitetin rəisi general-mayor Lut Alçekenovla görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda xatirə fotosu çəkdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR