Azərbaycanla Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub
# 05 mart 2024 15:09 (UTC +04:00)

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında (DIMDEX 2024) iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

APA MN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində A.Qurbanov Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün ilə görüşüb.
Görüşdə iki qardaş ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə istehsalat və yeni layihələr üzərində ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR