Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə ofisinin hesablamasına görə, 2020-2023-cü illər arasında 85 mina hadisəsi baş verib.
APA xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin humanitar müdafiə məsələləri üzrə əməkdaşı Könül Hacıyeva "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Qeyd olunub ki, bu hadisələr nəticəsində 26 sürücü minadan zərər çəkib.
Onun sözlərinə görə, minaya əsasən mal-qara saxlayan, təsərrüfatla məşğul olan insanlar düşür.