BQXK: Azərbaycanda mina qurbanlarının 90%-i kişilərdir - FOTO

BQXK: Azərbaycanda mina qurbanlarının 90%-i kişilərdir - FOTO
# 04 dekabr 2023 09:45 (UTC +04:00)

"2020-ci il Vətən müharibəsindən sonrakı mina qurbanlarının 90%-i kişilərdir".

APA xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı nümayəndəliyinin başçısı Draqana Koiç "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda mina qurbanlarına yardımların göstərilməsi məsələ gündəmdə olmalıdır: "Müharibədən sonra mina partlayışı nəticəsində zərərçəkən insanların çoxunun kişi olması onların ailələrinə təsir edir. Biz onlara və onların ailələrinə dəstək göstərməyə hazırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR