Bank Of Baku

Ekspert: Azərbaycan mina məsələsində beynəlxalq ictimaiyyətdən adekvat cavab ala bilmir

Ekspert: Azərbaycan mina məsələsində beynəlxalq ictimaiyyətdən adekvat cavab ala bilmir
# 12 may 2023 11:57 (UTC +04:00)

“Təəssüf ki, mina məsələsində Azərbaycan beynəlxalq ictimaiyyətdən adekvat cavab ala bilmir”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, əgər 2020-ci ilin hesabatında Azərbaycan mina və partlamamış sursatlarla çirklənmə səviyyəsinə görə, dünya üzrə ilk 10-luqda idisə, son statistikalara əsasən ilk üçlükdə, beşlikdə yer alır: “Mina qurbanlarımızın sayı isə Cənubi Qafqazın yerdə qalan ərazilərindəki mina qurbanlarının ümumi sayından çoxdur. Bu günə qədər 301 nəfər mina qurbanı olub ki, onlardan 55 nəfəri mülki şəxsdir. Minalar ölkə üçün böyük problemdir və Azərbaycan öz gücü hesabına bu problemin öhdəsindən gəlməyə çalışır.

Bu vaxta qədər təxminən 80 min hektardan artıq ərazi minalardan təmizlənib, 87 mindən artıq mina və partlamamış sursat zərərsizləşdirilib.

Hesablamalara görə, işğaldan azad edilmiş ərazilərimizdə 1 milyon və hətta bir qədər artıq mina və partlamamış sursat var. Mina probleminin həlli üçün beynəlxalq təcrübəyə əsaslanmalıyıq və maarifləndirmə tədbirlərini artırmalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR