Hərbi Prokurorluğa yeni idarə rəisi təyin edilib

Hərbi Prokurorluğa yeni idarə rəisi təyin edilib
# 12 mart 2024 14:48 (UTC +04:00)

Ağdamın hərbi prokuroru, ədliyyə polkovniki Surxay Hüseynov vəzifəsindən azad olunub.

APA xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun digər əmri ilə Surxan Hüseynov Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Məlumatı Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev APA-ya təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR