HHM bölmələrində döyüş atışları icra olunub - VİDEO

HHM bölmələrində döyüş atışları icra olunub - VİDEO
# 05 dekabr 2023 10:03 (UTC +04:00)

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.

"Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib", - məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR