Bank Of Baku

Kəlbəcərdə itkin düşmüş I Qarabağ müharibəsi şəhidinin qalıqları Qubada dəfn olunub - FOTO

Kəlbəcərdə itkin düşmüş I Qarabağ müharibəsi şəhidinin qalıqları Qubada dəfn olunub - FOTO
# 12 iyul 2024 14:28 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal olunan, 31 il sonra dəfn olunduğu yer və kimliyi müəyyən edilən İdris Osman oğlu Baxışovun cəsədinin qalıqları ailəsinə təhvil verilib.

APA-nın Şimal bürosu xəbər verir ki, şəhidlə doğulub boya-başa çatdığı Quba rayonunun Qənidərə kəndində vida mərasimi keçirilib.

Mərasimdə kənd sakinləri, şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid İdris Baxişovun nəşi Qənidərə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İdris Baxışov 1993-cü ildə Kəlbəcərdə itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR