Bank Of Baku

Kəlbəcərdə şəhid olan hərbi qulluqçumuzun nəşi doğulduğu Qəbələ şəhərinə gətiriləcək - FOTO

Kəlbəcərdə şəhid olan hərbi qulluqçumuzun nəşi doğulduğu Qəbələ şəhərinə gətiriləcək - FOTO
# 13 may 2023 11:51 (UTC +04:00)

Dünən axşam saatlarında Kəlbəcərdə şəhid olan Azərbaycan Respublikası silahlı qüvvələrinin hərbi qulluqçusu, əslən Qəbələ şəhərindən olan 2001-ci il təvəllüdlü Qarayev Məhəmməd Mahir oğlunun nəşi Gəncədən doğulduğu Qəbələ şəhərinə gətiriləcək.

APA-nın Şirvan bürosu xəbər verir ki, şəhid ali təhsilli olub, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Evin tək oğlu olub. Bacısı 1999-cu il təvəllüdlü Qarayeva Şəhla Mahir qızı Bakı Dövlət Universitetini bitirib və Qəbələ şəhərində Ədliyyə orqanlarında çalışır. Şəhidin atası Qarayev Mahir Kamil oğlu dülgərdir, anası isə şəhidin təhsil aldığı Qəbələ şəhər 4-saylı tam orta məktəbdə müəllimə işləyir.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR