Bank Of Baku

Mərakeş Azərbaycanın minatəmizləmə təcrübəsindən faydalanmaq istəyir- FOTO

Mərakeş Azərbaycanın minatəmizləmə təcrübəsindən faydalanmaq istəyir- FOTO
# 28 aprel 2023 19:01 (UTC +04:00)

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarxın rəhbərlik etdiyi Kral Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüş keçirib.

ANAMA-dan APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə dair Mərakeş Krallığının nümayəndə heyətinə ətraflı məlumat verilib.

Qarşı tərəf Azərbaycanın bu sahədə əldə etdiyi genişmiqyaslı uğurlardan və təcrübələrdən faydalanmaq istəyini bildirib.

Görüşdə həmçinin minatəmizləmə fəaliyyəti sahəsində gələcəkdə faydalı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR