Bank Of Baku

MN: Dığ yaşayış məntəqəsi istiqamətində erməni hərbçisinin yaralanması yalandır

MN: Dığ yaşayış məntəqəsi istiqamətində erməni hərbçisinin yaralanması yalandır
# 29 aprel 2023 20:29 (UTC +04:00)

Dığ yaşayış məntəqəsi istiqamətində erməni hərbçisinin yaralanması yalandır.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.

Bu Ermənistanın növbəti dezinformasiyadır. Görünən odur ki, Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədənkənar münasibətlər ciddi problem olaraq qalmaqdadır" - deyə qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR