Bank Of Baku

NATO ekspertləri Hərbi Polis İdarəsində təlim kursu keçirib

NATO ekspertləri Hərbi Polis İdarəsində təlim kursu keçirib
# 08 iyun 2024 11:46 (UTC +04:00)

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda Hərbi Polis İdarəsinin şəxsi heyətinin iştirakı ilə kurs keçirilib.

APA MN-ə istinadən xəbər verir ki, kurs müddətində mobil təlim qrupunun təlimatçıları dinləyicilərə hərbi polis fəaliyyətinin NATO standartları çərçivəsində təşkili ilə bağlı ətraflı məlumat verib və digər mövzularda brifinqlər təqdim olunub.
Hərbi qulluqçular kurs müddətində sindikatlar üzrə müxtəlif tapşırıqlar icra ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR