NATO-nun mobil təlim qrupu Hərbi Hava Qüvvələrində kurs keçir

NATO-nun mobil təlim qrupu Hərbi Hava Qüvvələrində kurs keçir
# 13 iyun 2024 17:11 (UTC +04:00)

2024-cü il üçün NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakı şəhərində HHQ-nin şəxsi heyəti ilə "HHQ-də hava məkanının idarə olunması və nəzarət" mövzusunda kurs keçirilir.

APA MN-ə istinadən xəbər verir ki, kursun məqsədi NATO-da hava məkanının idarə olunması, eləcə də hava məkanına nəzarət fəaliyyətlərinin əsas prinsiplərini tədris etmək, dinləyicilərin ixtisaslar üzrə nəzəri biliklərini təkmilləşdirməkdir.
Qeyd edilib ki, təlim kursu iyunun 14-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR