Ordumuzun mövqeləri atəşə tutulub

Ordumuzun mövqeləri atəşə tutulub
# 12 aprel 2024 18:53 (UTC +04:00)

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR