Bank Of Baku

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı Ermənistandadır

Aleksandr Lentsov

© APA | Aleksandr Lentsov

# 28 aprel 2023 13:55 (UTC +04:00)

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin yeni komandanı, general-polkovnik Aleksandr Lentsov regiona gəlib.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu gün İrəvanda Ermənistan müdafiə naziri Suren Papikyanla görüşüb.

Görüş zamanı tərəflər regiondakı əməliyyat vəziyyətini və problemləri müzakirə ediblər.

Həmçinin sülhməramlıların Qarabağdakı fəaliyyətinin səmərəliliyinin artırılmasından danışılıb.

Müzakirə zamanı üçtərəfli bəyanatların yerinə yetirilməsinin vacibliyi vurğulanıb və Laçın yolundakı vəziyyət müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR