Sivil insanlar, beynəlxalq aləm mina probleminə göz yummamalıdır.
APA xəbər verir ki, bu barədə "Sülhün kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kuhn bu gün keçirilən “Canlanan torpaq” kitabının təqdimatı mərasimində çıxışı zamanı bildirib.
O qeyd edib ki, torpaqlara basdırılan minalar, eyni zamanda, nifrət toxumlarıdır.
“Hər hansı bir minanın torpaqdan çıxarılması və oraya bir bitki əkilməsi sülhü dəstəkləyir. Füzulidə gördüyüm, minalardan təsirlənən analarla həmrəyliyimi nümayiş etdirmək istəyirəm. Biz insan olaraq həm dağıdıcı, həm yaradıcı gücə sahibik. Mina probleminə qarşı birgə mübarizə aparmalıyıq”, - o əlavə edib.