Bank Of Baku

Umud Mirzəyev: Laçındakı NBM ərazilərimizin minalarla çirkləndirilməsinin qarşısını almaq üçün qurulub

Umud Mirzəyev: Laçındakı NBM ərazilərimizin minalarla çirkləndirilməsinin qarşısını almaq üçün qurulub
# 27 aprel 2023 13:41 (UTC +04:00)

Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində ötən gün Suqovuşanda baş vermiş mina insidenti ilə bağlı mətbuat konfransı keçirilib.

APA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev fondun əməkdaşının minaya düşməsinin bir daha bu problemin nə qədər ciddi olduğunu göstərdiyini diqqətə çatdırıb.

O bildirib ki, Laçında sərhəd-buraxılış məntəqəsi minalarla çirkləndirilmiş ərazilərimizin daha da çirkləndirilməsinin qarşısını almaq məqsədilə qurulub.

"Bu vaxta qədər Beynəlxalq Avrasiya Mətbuat Fondunun 3 əməkdaşı şəhid olub. Fəaliyyətimizin işğaldan azad olunan ərazilərdə aparılması bu cür hadisələrdən sığortalanmadığımız deməkdir. Hər an bu cür hadisələr baş verə bilər. Heç kim bundan sığortalanmayıb".

Daha sonra çıxış edən Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov isə çıxışında bildirib ki, Azərbaycandakı mina qurbanlarının sayı cəmi Qafqazdakı mina qurbanlarının sayından çoxdur.

"Bu statistika artır. Demək olar ki, hər ay mina və ya partlamamış sursat qurbanları olduğuna dair məlumat alırıq. Bu problem 3-5 ilə həll olunası məsələ deyil. İlkin səsləndirilən rəqəm bu problemin həlli üçün 25 ilə 30 milyard dollar vəsaitin sərf olunmasıdır. Amma bu rəqəm arta da bilər. Bundan başqa maarifləndirmə tədbirləri gücləndirilməlidir ki, daha çox mülki şəxsin mina qurbanı olmasının qarşısını alaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR