Vətən müharibəsindən sonra 65 nəfər mina partlayışında həlak olub

Vətən müharibəsindən sonra 65 nəfər mina partlayışında həlak olub
# 04 dekabr 2023 09:32 (UTC +04:00)

"2020-ci il noyabrın 10-dan indiyədək 65 nəfər mina partlayışı nəticəsində həlak olub" .

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, ölənlərin arasında mülki şəxslər çoxluq təşkil edir: "Mina partlayışı nəticəsində 272 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə 1991-ci ildən bu günə qədər 357 nəfəri uşaqlar, 38 nəfəri qadın olmaqla 3416 nəfər minadan zərərçəkən kimi qeydiyyata alınıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR