Bank Of Baku

Vüqar Süleymanov: Ermənistanın son təqdim etdiyi mina formulyarlarının dəqiqliyi çox aşağıdır

Vüqar Süleymanov: Ermənistanın son təqdim etdiyi mina formulyarlarının dəqiqliyi çox aşağıdır
# 04 aprel 2024 14:55 (UTC +04:00)

Ermənistan təqdim etdiyi mina xəritələrini böyük təzyiqlərdən sonra verib. 2021-ci ildə 3 mərhələdə bizə məlumat verilib.

APA xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq mina xəbərdarlığı və minatəmizləmə fəaliyyətinə yardım Günü münasibətilə keçirilən brifinqdə deyib.

ANAMA sədri bildirib ki, bu yaxınlarda qarşı tərəf 8 mina xəritəsi təqdim edib: "Bu formulyarlar əsasən, Kəlbəcər - Murovdağ istiqamətində idi. Biz onu da yoxladıq. Dəqiqliyi yenə çox aşağı səviyyədə idi".

Vüqar Süleymanov deyib ki, əslində təqdim olunan xəritələrdə koordinatlar, basdırılan mina sayı ilə bağlı məqamlar öz əksini tapmalı idi: "Lakin biz o məlumatları emal etdik, yerində yoxladıq. Bu emal nəticəsində məlum oldu ki, xəritənin dəqiqliyi, tamlığı cəmi 25 faiz düzgündür. Ümumilikdə yararlılığı bu qədər olub. Həmin xəritələrin böyük əksəriyyəti - 97-98 faizi 30 il olan təmas xətti ilə bağlı idi. Qeyd etməliyəm ki, statistikaya görə, mina partlaması ilə nəticələnən hadisələrin 70 faizi təmas xəttində deyil, daha içəri ərazilərdə baş verib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR