Xarici dövlətlərin hərbi attaşeləri AMEA-da olublar

Xarici dövlətlərin hərbi attaşeləri AMEA-da olublar
# 22 fevral 2024 16:23 (UTC +04:00)

Təsdiq edilmiş 2024-cü ilin fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün Azərbaycan Milli Elmlər Akademiyasına tanışlıq səfəri təşkil olunub.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi attaşelik aparatının nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası (“İsmailiyyə” binası) ilə tanış olublar.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqlara akademiyanın yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib.
Hərbi attaşelər tədbirin təşkilinə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR